Pakistanda helikopter qəzası – Ölənlər var

Pakistanda hərbi helikopter qəzaya uğrayıb.

Yeniacg.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə Siaçin bölgəsində baş verib.

Qəza nəticəsində iki pilot həlak olub.