Pakistanda helikopter qəzaya uğradı: 6 nəfər öldü

Pakistanın Bəlucistan əyalətində hərbi helikopter qəzaya uğrayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər həlak olub.

Qazanın baş vermə səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, 2 avqustda da Bəlucistanda helikopter qəzası olmuş, nəticədə biri general olmaqla, 6 nəfər həlak olmuşdu.