Pakistanın Bəlucistan əyalətində silahlıların istehkamçılar qrupuna hücumu nəticəsində 2 əsgər həlak olub, daha 4-ü yaralanıb.
Yenicag.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, Bəlucistanın Qvadar bölgəsində yaraqlılar Akkra Kaur bəndinin ətrafında mina təmizləmə qrupuna hücum ediblər.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
İslamabadda yerləşən Tədqiqat və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin (CRSS) açıqladığı məlumata görə, 2024-cü ilin birinci rübündə ölkə daxilində terror hadisələrinin ən çox olduğu əyalətlər Bəlucistan və Xayber Paxtunxva olub.
Bu ilin birinci rübündə Hayber Paxtunxva və Bəlucistanda 200 terror aktı nəticəsində 281 mülki şəxs və təhlükəsizlik işçisi həlak olub. Pakistan təhlükəsizlik qüvvələrinin keçirdiyi 48 antiterror əməliyyatı zamanı 151 yaraqlı zərərsizləşdirilib.