Pakistanda hərbi kolona hücum – 4 əsgər həlak oldu

Pakistanda hərbi kolona bombalı hücum edilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətinin Mir Əli bölgəsində baş verən partlayış nəticəsində 4 əsgər həlak olub.

Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında əsgərlərinin qisasının terrorçulardan alınacağı və faktla bağlı araşdırmanın başlanıldığı qeyd olunub.