İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Pakistanda birgünlük matəm elan edilib.
Bunu Pakistanın Baş naziri Şahbaz Şərif hadisə ilə bağlı İran rəhbərliyinə və xalqına verdiyi başsağlığında bildirib.
Baş nazir sosial şəbəkədə etdiyi paylaşımında prezident və onun tərəfdaşlarına hörmət əlaməti olaraq qardaş İranla həmrəylik nümayiş etdirmək üçün Pakistanda ölkənin bayrağının yarıya qədər endiriləcəyini də qeyd edib.