Pakistanda son sutka ərzində yeni növ koronavirusa daha 896 nəfər yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.
Məlumata görə, ölkədə virusa yoluxanların sayı 30 334 nəfərə çatıb. 8 063 xəstə sağalıb, 659 nəfər isə ölüb.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 283 517 test aparılıb.