Pakistanın keçmiş Baş naziri İmran Xanın və onun “Təhrik-e-İnsaf” partiyasının on minlərlə tərəfdarı dəstək nümayiş etdirərək küçələrə çıxıblar.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt İslamabad da daxil olmaqla, ölkənin bütün böyük şəhərlərində kütləvi aksiyalar keçirilir.
İmran Xan tərəfdarlarına göstərdikləri hərməyliyə görə təşəkkür edib.