Pakistanda partlayış: 19 yaralı

pakistanPakistanda polis avtomobili yoldan keçərkən partlayıcı qurğu işə düşüb.

Trend-in “Assoşieyted Press” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb.

Partlayış səhər saatlarında Xayber-Paxtunxva vilayətinin Dəra-İsmayıl-Xan şəhərində baş verib. Yaralılardan 4-ü polis əməkdaşı, 15-i isə həmin vaxt yoldan keçənlərdir.

Araşdırma aparılır.

 

Yenicag.az