Pakistanda partlayış oldu – 52 ÖLÜ

Pakistanın Bəlucistan əyalətində Məhəmməd peyğəmbərin mövlud günü münasibətilə keçirilən dini toplantıya kamikadze hücumu olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 52 nəfər ölüb, 50-dən çox adam yaralanıb.

Zərərçəkənlər yaxınlıqdakı Mastunq şəhərindəki xəstəxanalara yerləşdirilib.