Pakistanda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Peşavar şəhərində, ölkənin aparıcı partiyalarından birinin – Avami Milli Partiyasının toplantısı zamanı baş verib.
Terror hücumu nəticəsində ölənlər arasında partiya sədri Harun Bilur və onun oğlu Daniyal Bilurun da olduğu bildirilir.
Xəsarət alanlar xəstəxanalara çatdırılıblar. Onlardan da bir neçəsinin vəziyyəti kirtikdir.
Hələlik, terror aktına görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.