!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistanda qayıq aşdı: 19 nəfər öldü

!Reklam – Yazi

Pakistanın Sadiqabad şəhərində Hindus çayında qayığın aşması nəticəsində 19 nəfər boğularaq ölüb.

Yenicag.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Məlumata görə, ölənlərin hamısı qadındır. Bildirilib ki, Hindus çayında göyərtəsində 60-70 nəfər olan qayıq aşıb. Qəza nəticəsində 19 nəfər ölüb, azı 35 nəfər xilas edilib.

Bildirilib ki, qayıqdakılar Xarordan Maçkaya toya gedirmiş.

İtkin düşənlərin axtarışı davam edir.

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv