Pakistanda terakt: 30-dan çox insan ölüb

pakistan_2747667Pakistanın cənubunda, Kəraçi əyalətində məbədlərdən birində baş verən partlayış nəticəsində 30-dan çox insan həlak olub.

Yenicag.az AZƏRTAC-a istinadən bildirir ki, partlayış məbədin həyətində törədilib.

Geo TV hadisə nəticəsində azı 100 nəfərin də yaralandığı barədə məlumat yayıb.