Pakistanda terror: 2 nəfər öldü, 6 nəfər yaralandı

Pakistanda terror aktı törədilib.

Yenicag.az  Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kəraçidə, Milli Birlik Hərəkatı Partiyasının keçirdiyi tədbir zamanı baş verib.

Təhlükəsizlik qüvvələrinin məlumatına əsasən, kütləyə əl qumbarası atılıb. Partlayış zamanı 2 nəfər həlak olub. Daha 6 nəfər yaralanıb.

Hələki məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.