Pakistanda terror aktı – 4 polis ÖLDÜ

Pakistanın Hayber Paxtunxva əyalətində polis məntəqəsinə silahlı hücum olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 polis həyatını itirib, 6 polis əməkdaşı yaralanıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.