!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistanda terror aktı baş verib

!Reklam – Yazi

d15c7b7bfab97276452635d03941637aPakistanda növbəti terror aktı baş verib.

Pencap əyalətinin Hindistanla sərhəddəki Lahor şəhərində baş vermiş terror aktı zamanı 48 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb.

Pencapın polis rəisi Muştak Əhməd Şukhera hadisənin Hindistanla sərhəddəki keçid qapısında hər gün təşkil olunan kütləvi mərasim başa çatdığı vaxt baş verdiyini deyib. Həmin vaxt mərasimdə iştirak edənlərin arasına girən canlı bomba terror törədib.

Ölənlər arasında əsgərlərlə yanaşı mülki şəxslər, xüsusilə qadınlar və uşaqlar da var.

Qeyd edək ki, Pakistan Daxili İşlər Nazirliyi Məhərrəm ayında baş verə biləcək terror aktlarının qarşısını almaq üçün 32 min təhlükəsizlik və polis əməkdaşı cəlb edib.

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv