Pakistanda terror hücumu – 7 hərbçi öldü

Pakistanda terror hücumu nəticəsində azı 7 hərbçi həlak olub.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, Pakistan ordusunun məlumatına görə, yaraqlılar şənbə günü səhər saatlarında partlayıcı və kamikadze ilə yüklənmiş maşından istifadə edərək Əfqanıstanın yaxınlığında hərbi posta hücum ediblər və nəticədə təhlükəsizlik qüvvələrinin 7 əsgəri həlak olub.

Pakistanın şimal-qərbindəki insidenti altı terrorçu törədib. Məlumatda deyilir: “Terrorçular partlayıcı yüklənmiş avtomobili posta yönəldiblər, ardınca bir neçə kamikadze hücumu olub və nəticədə binanın bir hissəsi uçub. Sonra terrorçularla əsgərlər arasında atışma baş verib”.

Pakistan hökuməti və təhlükəsizlik rəsmiləri son aylarda terror hücumlarının artdığını, onların əksəriyyətinin Pakistan Talibanı (TTP) tərəfindən törədildiyini bildiriblər. Bu hücumlar İslamabad və Kabildəki Taliban hərəkatı arasında münasibətləri də korlayıb.

COP29