Pakistanda terrorçularla toqquşmada 1 əsgər şəhid oldu

Pakistanın Bəlucistan əyalətində terrorçularla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.

Unikal.org xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, qarşıdurma zamanı bir əsgər şəhid olub, 2 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, terrorçuların hansı təşkilata mənsub olduğu barədə məlumat verilməyib.