!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistanda təyyarə qəzası - Ölənlərin sayı 97 nəfərə çatdı - “Qara qutu”ları tapıldı

!Reklam – Yazi

Pakistanda “Pakistan Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Sind əyalətinin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, indiyədək ölən 19 nəfərin kimliyi məlum olub.

Məlumata əsasən, qəza nəticəsində yalnız 2 sərnişin isə sağ qalıb. Sağ qalanlardan biri Pakistanın “Pəncab” bankının prezidentiZəfər Məsuddur.

Bildirilir ki, təyyarənin düşdüyü ərazidə 11 nəfər xəsarət alıb, onların vəziyyəti stabildir.

İlkin məlumata əsasən, qəza texniki nasazlıq səbəbindən baş verib.

Təyyarənin hər iki “qara qutu”su tapılıb.

“Qara qutu” ötən gün axşam tapılıb, biz onu istintaq komitəsinə təhvil veririk”, – aviaşirkətin rəsmisi deyib.

O, həm göyərtənin səs yazısı cihazının, həm də pilot kabinəsindəki diktofonun aşkarlandığını vurğulayıb.

Qeyd edək ki, ötən gün Lahordan Kəraçiyə daxili reys yerinə yetirən sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında yaşayış binalarının üzərinə düşüb. Təyyarədə 91 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində bir neçə yaşayış evi dağılıb, dağıntılar altından təxminən 20 nəfəri xilas etmək mümkün olub.

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv