Pakistanda ticarət mərkəzində yanğın olub: 11 nəfər öldü

Pakistanda ticarət mərkəzində baş verən yanğın nəticəsində azı 11 nəfər ölüb, 35 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, hadisə Kəraçi şəhərində ticarət mərkəzində qeydə alınıb.

Bildirilib ki, altı mərtəbəli binanın dördüncü mərtəbəsində yanğın baş verən zaman ticarət mərkəzində 60-dan çox adam olub.

Yaralılardan yeddisinin vəziyyətinin ağır olduğu qeyd olunub./APA