!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistanda yol qəzasında 29 sərnişin öldü

!Reklam – Yazi

Pakistanın Pəncab əyalətində səhər saatlarında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 29 nəfər ölüb, 40-dan artıq yaralı var.

Yenicag.az xəbər verir ki, hadisə Drağazi Xan dairəsində baş verib.

Polisdən verilən məlumata görə, Sialkot – Rəcənpur sərnişin avtobusu yük maşını ilə toqquşub. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.

Ölkənin daxili işlər naziri Şeyx Rəşid tvitter hesabında avtobus sərnişinlərinin qurban bayramı tətilindən qayıtdığını bildirərək ölənlərin yaxınlarına başsağlığı verib.

 

www.yenicag.az

398
Ads
www.veteninfo.com
!Reklam – Arxiv