Pakistandan ABŞ-ın Türkiyə ilə bağlı qərarına REAKSİYA

ABŞ-ın Türkiyəyə sanksiya tətbiqinə Pakistan Xarici İşlər Nazirliyi münasibət bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

“ABŞ-ın Türkiyəyə sanksiya tətbiqindən dolayı dərin narahatıq. Pakistan hər hansı bir ölkəyə qarşı prinsip etibarilə birtərəfli sanksiya tədbirlərinin əleyhinədir”, – məlumatda qeyd edilib.