“Pakistan ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə birgə Ermənistana qarşı Dağlıq Qarabağda savaşmasına dair KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.
Yenicag.az xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyi açıqlayıb.
Açıqlamada həmçinin Pakistanın Dağlıq Qarabağda təhlükəsizlik vəziyyətinin pisləşməsindən narahatlığı bildirilib:
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə intensiv atəşə tutması acınacaqlıdır və pislənməlidir. Bu, bütün bölgənin sülh və təhlükəsizliyini poza bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır”, – açıqlamada qeyd olunub.
Həmçinin Pakistan Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədiyi və bunun BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bir neçə qətnaməyə uyğun olduğu vurğulanıb.