Pakistandan İsrailə qadağa

Pakistanda İsraillə əməkdaşlıq edən şirkətləri müəyyən etmək üçün komitə yaradılıb. Hökumət İsraillə əməkdaşlıq edən şirkətləri boykot etmək niyyətindədir.

Yenicag.az xəbər verir ki, bunu Pakistan Baş nazirinin siyasi məsələlər üzrə müşaviri Rana Sanaullah deyib.

Bildirilib ki, qərar “Təhrik-e Taliban” təşkilatının etirazından sonra qəbul edilib. Pakistan vətəndaşları fələstinlilərə humanitar yardım göstərilməsini, həmçinin İsrailə aid malların satışına qadağa və yəhudi dövləti ilə əlaqəli şirkətlərin işinə məhdudiyyət qoyulmasını tələb ediblər./axar.az

COP29