Pakistanın Baş naziri İmran Xan koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, Faysal Sultan “Twitter”dən açıqlama verərək ölkənin Baş naziri Xanın COVİD-19 testinin müsbət çıxdığını bildirib.
Sultan İmran Xanın özünü təcrid etdiyini vurğulayıb.
Qeyd edək ki, İmran Xan keçən həftə koronavirus əleyhinə peyvənd olunmuşdu.