Pakistanın Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlib

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri generalNadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Martın 6-na kimi davam edəcək səfər çərçivəsində general N.Raza bir sıra görüşlər keçirəcək.