Pakistanın Əfqanıstandakı səfirliyinə silahlı hücum edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi açıqlama tayib.
Hücumda ölkənin müvəqqəti işlər vəkili Übeyd ur-Rəhman Nizaminin hədəf alındığı bildirilib.
Pakistanın Baş naziri Şahbaz Şərif də hadisə ilə bağlı “Twitter” hesabında paylaşım edib.
Şərif hücumu qınayaraq hadisənin təcili araşdırılmalı olduğunu qeyd edib.