Pakistanın səhiyyə naziri koronavirusa yoluxdu

Pakistanın səhiyyə naziri Zəfər Mirzə koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə nazir özü açıqlama verib. O, Covid-19 testinin nəticəsinin müsbət çıxdığını və evində özünü karantinə aldığını bildirib.

Qeyd edək ki, Mirzə Pakistan hökumətində koronavirusa yoluxan 4-cü nazirdir. Bundan öncə isə ölkənin dəmir yolları naziri, əyalət və sərhəd bölgələri naziri və xarici işləri naziri epidemiyaya yoluxub./Qaynarinfo/

COP29