Palata Tacikistan AAQ-də yoxlamalar aparır

Azərbaycanın Hesablama Palatası Ali Audit Orqanlarının Fəaliyyətinin Ölçülməsi Çərçivəsinə (SAI PMF) uyğun Tacikistan Hesablama Palatasının fəaliyyətinin yerində qiymətləndirilməsini aparır.

Bu barədə Yenicag.az-a Palatadan bildirilib.

Qurumun nümayəndə heyəti bu məqsədlə Tacikistanın Düşənbə şəhərinə səfər edib.

Qiymətləndirmə müstəqillik və hüquqi çərçivə, daxili idarəetmə və etika, auditin (maliyyə, səmərəlilik) keyfiyyəti və hesabatlılıq, maliyyə idarəetməsi, aktivlər və dəstək xidməti, kadr potensialının inkişafı, maraqlı tərəflərlə əlaqələr və kommunikasiya məsələlərini əhatə edir.

Qiymətləndirilmənin nəticələri əsasında Tacikistan Hesablama Palatasının 2024-2029-cu illər üzrə Strateji Planının hazırlanması nəzərdə tutulur.