Palçıq qatının altından yeni doğulmuş körpə çıxarıldı – VİDEO

Liviyanın Derna şəhərində palçıq qatının altından yeni doğulmuş körpə çıxarılıb.

Xoşbəxtlikdən, körpə sağ olub.

Hadisə şahidləri bu sevincli hadisəni lentə alaraq sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, “Daniel” qasırğasının yaratdığı daşqın ölkədə humanitar fəlakət yaradıb. Liviyadan Avropaya qaçqın axını kəskin şəkildə arta bilər.