Palladiumun qiyməti tarixi rekordunu yenilədi

Beynəlxalq birjalarda palladiumun qiyməti 1,86% artaraq 1 978,99 dollaradək yüksəlib və tarixi rekordunu yeniləyib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, palladiumun qiymətlərində 15 gündür müsbət tendensiya davam edir.

Xatırladaq ki, bu göstərici ilə palladium qızılın 2011-ci ilin sentyabrın 6-da qeydə alınan 1 912,25 dollarlıq rekordunu da yeniləyib.