Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Palmali” “Lukoil”i məhkəməyə verməsini təsdiqlədi

“Palmali” Şirkətlər Qrupu Rusiyanın neft nəhəngi “Lukoil”in törəmə şirkəti olan “Litasko”nu məhkəməyə verməsiylə bağlı rəsmi bəyanat yayıb.

Bu gün Yenicag.az-a göndərilən bəyanatda bunlar qeyd olunub: “Litasko”nun bizimlə olan müqaviləni pozması səbəbilə “Palmali” İngiltərə Ali Məhkəməsində təxminən 2 milyard dollarlıq məhkəmə işi açılmasına dair tələb irəli sürüb. Sözügedən məhkəmə iddiası “Litasko”nun şirkətlər arasındakı müqavilə şərtlərinə uyğun miqdarda yükdən istifadə etməməsi ilə əlaqədardır”.

Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovdur. “Litasko” isə Rusiyanın “Lukoil” şirkətinin İsveçrədəki törəmə təşkilatıdır.

Onu da xatırladaq ki, “Palmali”nin “Lukoil” və “Litasko”nu məhkəməyə verməsinə dair ilk xəbəri ötən gün Yenicag.az yayıb.

www.yenicag.az

1234
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100