Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Palmali"dən çox sərt bəyanat - “Bu da yalan çıxdı” - FOTO

Bəzi mətbu orqanların Danimarkanın Kalundborq limanında “Palmali” Şirkətlər Qrupuna məxsus “Ağsu” tankerinin güya həbs edilməsinə dair xəbərlərə artıq bu ölkənin səlahiyyətli qurumundan da münasibət bildirilib.

Yenicag.az saytının məlumatına görə, DDA-nın Gəmi Sorğuları, Sertifikatlaşma və Heyətin Komplektləşməsi üzrə direktoru Martin Con sorğuya cavab olaraq qeyd edib ki, “Ağsu” tankeri Paris Memorandumu çərçivəsində nəzərdə tutulmuş Liman Dövlət Nəzarəti (Port State Control) inspeksiyasından keçir. Yazılanlarla tanış olan qurum rəsmisi gəminin həbsi barədə yazılanları həqiqətə uyğun olmadığını da təsdiq edib.

“Palmali”dən verilən açıqlamada bir məqam xüsusilə vurğulanır: “Təəssüf ki, belə əsassız məlumatların yayılması artıq mənfi ənənə halını alıb. Daha əvvəl güya Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən “Palmali”nin yoxlanıldığına dair absurd məlumatlar yayılmışdır. Lakin rəsmi sorğumuza əsasən, bu şaiyələr də FTX-nin İctimai Əlaqələr Mərkəzinin direktoru O.K.Matveyev tərəfindən təkzib edilib.

“Palmali” onu da bildirib ki, “davamlı şirkətimizlə bağlı əsassız, heç bir fakta söykənməyən iftiralar “istehsal” edənlər indi də vergi ilə bağlı yalan yayırlar. Bir daha bildiririk ki, “Palmali” şəffaf fəaliyyət göstərir və hər hansısa məsələ olarsa, bu barədə ilk məlumatı bizdən duyacaqsınız”.

“Palmali” Şirkətlər Qrupu mətbuat orqanlarını bu tipli xəbərləri yaymazdan əvvəl məlumatlı və səlahiyyətli mənbələrdən təfərrüatları öyrənməyi, həmçinin dəqiq məlumat üçün şirkətimizə müraciət etməyi tövsiyə edir. Əks halda təktərəfli və qərəzli xəbər yayanlara qarşı bu günə qədər olduğu kimi dözümlü olmayacaqdır”.

 

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1749
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM