!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Palmali”dən möhtəşəm Novruz hazırlığı – İstanbulda tələbələrimiz üçün əzəmətli bayram şöləni keçiriləcək - VİDEO

!Reklam – Yazi

“Palmali” Şirkətlər Qrupu Türkiyədə təhsil alan azərbaycanlı tələbələri Novruz Bayramında bir araya gətirəcək.

Yenicag.az xəbər verir ki, soydaşımız Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu Türkiyənin müxtəlif universitetlərində təhsil alan, Novruz tətilində Azərbaycana gedə bilməyən tələbələrimiz üçün İstanbulda möhtəşəm bayram mərasimi təşkil edəcək.

Məlumata görə, hazırlıq işləri yüksək səviyyədə həyata keçirilən mərasimdə Türkiyənin müxtəlif şəhərlərində təhsil alan, o cümlədən, “Palmali”nin təqaüd təsis etdiyi yüzlərlə tələbəmizin də iştirakı gözlənilir.

Şənliyə Türkiyənin tanınmış simaları dəvət edilib.

Mərasimdə Azərbaycanın çoxəsrlik milli ənənələri və Novruz Bayramına xas bütün adətlər nəzərə alınacaq.

www.yenicag.az

11378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv