Paltar asarkən 3-cü mərtəbədən yıxıldı

pencere3Qaradağ rayonunda binanın 3-cü mərtəbəsindən paltar asarkən yıxılan qız sağ qalıb.

“Report” xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsində baş verib.

Həmin ünvanda yaşayan 1996-cı il təvəllüdlü Aygün Ağayeva binanın 3-cü mərtəbəsinin pəncərəsindən paltar asarkən yıxılıb.

Faktla bağlı araşdırmalar aparılır.