Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paltardəyişmə otaqlarından istifadəyə qadağa qoyuldu

Pandemiya dövründə geyim satışı icra olunan mağazalarda paltardəyişmə otaqlarından istifadə qadağandır.

Yenicag.az xəbər verir ki, bu barədə geyim satışı ilə bağlı hazırlanan təlimat qaydalarında qeyd olunub.

Eyni zamanda bu müddətdə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır.

Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyətinə gəlincə, müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Bu qayda mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri ilə məşğul olan yerlərə də aiddir.

www.yenicag.az

305