Paltarlardakı ləkələri təmizləməyin SADƏ YOLLARI

Paltardakı ləkələri təbii vasitələrdən istifadə edərək təmizləmək mümkündür.

Yenicag.az ləkələri aparmaq üçün bu vasitələrdən istifadənin bir neçə üsulunu təqdim edir:

1. Paltarlardan qırmızı şərab ləkələrini təmizləmək üçün isti süd, qatıq və ya süd zərdabından istifadə edin.

Parçanın ləkələnmiş yerlərini süd məhsuluna batırın, sonra soyuq suda yuyun və paltaryuyan maşında yuyun.

2. Yağlı ləkələri təraş köpüyü ilə təmizləyin.

Təraş köpüyü ümumiyyətlə yağları effektiv şəkildə həll edən gliserin, qələvi və köpükləndirici maddələr ehtiva edir. Məhsulu parçanın çirklənmiş hissəsinə çəkin və 10 dəqiqə sonra paltarları sabun və su ilə yuyun.

3. Ağ paltarlardan saralmış, bozarmış ləkələri necə təmizləmək olar: ağ köynəklər üçün xalq resepti

Ağ köynəyin ən problemli ləkələri təzəliyini ən tez itirən yaxa və manşetlərdə olur. Yenidən fərqlənməməsini, köynəyin qüsursuz bir şəkildə ağ olmasını istəyirsinizsə, 50 ml 3% hidrogen peroksid, 2 xörək qaşığı sabunu və 50 ml isti su qarışığı hazırlayın. Həmən qarışımı qalın bir təbəqədə parçanın çirkli yerlinə tətbiq edib, yarım saat saxlayın. Sonra yuyun.

Hazırladı: Cəmilə Çebotareva