!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Paltarları əllə yuyuram" - Milyonlarını arvadına göndərdi, müflis oldu

!Reklam – Yazi

“Qalatasaray”ın sabiq futbolçusu Emmanuel Eboue ciddi maliyyə problemləri ilə üzləşib.

Yenicag.az xəbər verir ki, 2011-2015 illərdə Türkiyə klubunda çıxış edən müdafiəçi çətin günlər yaşayır.
Hazırda Londonda olduğunu bildirən Fil Dişi Sahili millisinin üzvü sonuncu evini də itirəcəyini bildirib:

“6 aydır ki, uşaqlarımı görmürəm. Bir paltaryuyan maşınım da qalmayıb. Paltarlarımı əllə yuyuram. Tanrının mənə yardım etməsini istəyirəm. Bütün bunlar arvadımla boşandıqdan sonra baş verdi. İndi vəkil tutmağa belə pulum qalmayıb. Evdə oturmuşam, amma çox qorxuram. Çünki polisin nə zaman gələcəyini bilmirəm. Bəzən evin işıqlarını da söndürürəm ki, içəridə olduğumu bilməsinlər. Bura mənim evimdir. Evi almaq üçün çox əziyyət çəkmişəm. Paltarlarımı və ya əlimdə qalanları satmaq istəmirəm. Sona qədər mübarizə aparacam”.

FİFA ilə bağlı problemlərin kökündə də həyat yoldaşı ilə gərgin münasibətinin durduğunu bildirən 35 yaşı afrikalı, “Qalatasaray”da qazandığı 8 milyon avrodan 7 milyonunu arvadına göndərdiyini qeyd edib:

“Qazandığım pulları uşaqlarımın gələcəyi üçün arvadıma yolladım. Türkiyədə çıxış etdiyim müddətdə 8 milyon avro qazandım, 7-ni onlara göndərdim. Nəyə qol çəkmək lazım idisə, onu da imzaladım. O, mənim arvadımdır. FİFA ilə olan problemim də məni yönləndirən insanlardan qaynaqlanır”.

Eboue müsahibəsində keçmiş komanda yoldaşlarını televizordan izləməyin onun üçün çətin olduğunu söyləyib:

“Televizorda nə zaman keçmiş komanda yoldaşım Tyerri Anrini xoşbəxt görsəm, özlüyümdə utanıram. Keçmiş komanda yoldaşlarımı görəndə “mən orada olmalıydım” deyirəm. Onları izləmək mənim üçün çox çətindir”.

www.yenicag.az

3330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv