“Sabirabadda baş vermiş yanğın hadisəsi nəticəsində, ümumiyyətlə zəhərlənən və xəsarət alan olmayıb”.
Yenicag.az xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, fevralın 19-da Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olub.
***
09:38
Sabirabadda pambıq zavodunda yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) 18 əməkdaşı tüstüdən zəhərlənib.
Yenicag.az xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu və emalı zavodunda yanğın söndürülən zaman FHN-nin 20 nəfər əməkdaşı tüstüdən zəhərlənib.
Tüstüdən zəhərlənənlər Sabirabad sakinləri: Arif Elçin oğlu Güləliyev – 1998-ci il təvəllüdlü, Allahşükür Baladadaş oğlu Dadaşlı (1999), Şamo Şakir oğlu İsayev (1990), Elman Telman oğlu Ağayev (1982), Nurlan Aydın oğlu Axundzadə (1991), Rail Əflan oğlu Səmədov (1982), Vüqar Əkbər oğlu Abdullayev (1988), Vüsal Ramiz oğlu Qubadov (1981), Anar Şahin oğlu Teymurov (1988), Əlimövsüm Adil oğlu Nağıyev (1982), Ələsgər Möhlət oğlu Ağayev (1984), Kənan Lazım oğlu Zeynalov (1995), Murad Həsənağa oğlu (1986), Səftər Qəhrəman oğlu Əsgərov (1991), Rəşad Nəbi oğlu Vəliyev (1982), Şəmistan Namiq oğlu Zeynalov (1993), habelə Neftçala sakini Tərlan Adbala oğlu Həbibov (1991), Hacıqabul sakini Feyruz Firuz oğlu Rəhimovdur (1983).
Tüstüdən zəhərlənən və göz almacıqlarından zədələnənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra əksəriyyəti ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır./Report/