“Pamela” qasırğası Meksikaya yaxınlaşır

Sakit okean sahillərində güclənən “Pamela” qasırğası bu gün Meksikanın Masatlana şəhərinə çata bilər.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, oktyabrın 12-si qasırğanın mərkəzi Masatlana şəhərindən təxminən 400 kilometr aralıda olub.

Proqnozlara əsasən, sonra qasırğa zəifləyərək ABŞ-ın Texas ştatına çatacaq.