Panamada 6,6 bal gücündə zəlzələ oldu

 

 

Panamanın cənub sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri David şəhərindən 94 km cənubda yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.