Panamada tarixi görüş

14288112971972946874_750x500ABŞ və Kuba liderləri şənbə günü Panama sammiti çərçivəsində planlaşdırılmamış görüş keçiriblər. Bu, haqlı olaraq tarixi görüş hesab edilir. Belə ki, uzun illər bir-biri ilə soyuq müharibə şəraitində olan iki dövlətin başçıları yarım əsrdən də çox bir müddətdə ilk dəfə üz-üzə gəliblər.

Yenicag.az AzerTac-a istinadən xəbər verir ki, Barak Obama və Raul Kastro ölkələri arasında münasibətləri müzakirə edib, qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq barədə razılığa gəliblər.

Gözlənilməyən görüşün nəticələrini şərh edən ABŞ prezidenti Barak Obama etiraf edib ki, Vaşinqton və Havana arasında ciddi fikir ayrılıqları mövcuddur. O, həmçinin bildirib ki, tərəflər bir-biri ilə razılaşmaya bilərlər, lakin bu, hörmətlə edilməlidir. Raul Kastro da bu fikirlərlə razılaşıb və qeyd edib ki, Havana xalqın əzab-əziyyət və təhlükə bahasına əldə etdiyi ideyaların müdafiəsində dayanmaqda davam edəcək.