Pandemiya dövründə Türkiyə turizmi: 16 milyon turist, 12 milyard gəlir – FOTO

Yeni növ koronavirus (COVİD-19) pandemiyasının bütün dünyada turizm sahəsinə mənfi təsir etməsinə baxmayaraq Türkiyə “etibarlı istirahət”in ünvanı olub.

Yenicag.az xəbər verir ki, Türkiyə pandemiya dövründə etibarlı turizm tətbiqlərini başladaraq yerli və xarici qonaqlarına “sağlam və xoş istirahət” xidməti təqdim edib.

Türkiyə 2020-ci ildə təxminən 16 milyon ziyarətçi qəbul edib və turizm gəlirləri 12,1 milyard dollar təşkil edib.