Pandemiya ilə bağlı SON VƏZİYYƏT – Daha 12 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 192 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 767 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 779 417 nəfər müalicə olunaraq sağalıb, 9 611 nəfər vəfat edib, aktiv xəstə sayı 1 739 nəfərdir.

Ölkədə son sutka ərzində 4 435, hazırkı dövrədək isə 6 632 882 test aparılıb.