!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Pandemiya məhdudiyyətləri qələbəmizin ildönümünə dair tədbirlərə ciddi təsir etməməlidir” - ŞƏRH

!Reklam – Yazi

“Bayram tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün sosial məsafənin gözlənilməsi şərtilə başqa formalardan da effektli şəkildə istifadə oluna bilər”.

Bu fikirləri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə yönəlik hazırlanan tədbirləri dəyərləndirən keçmiş dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a deyib.

Onun sözlərinə görə, xalq noyabrın 8-də böyük qələbəmizi təntənə ilə qeyd edəcək və bu zəfərin qazanılmasında canlarından keçmiş şəhidlərimizin xatirəsini hörmətlə anacaq:

“Hər hansı şişirtməyə yol vermədən deyə bilərik ki, 8 Noyabr Zəfər Günü Azərbaycanın yeni tarixinin ən əhəmiyyətli günlərindən biri və bəlkə də birincisidir. Məhz bu qələbəmiz sayəsində Azərbaycan əraziləri xeyli müddət davam etmiş erməni işğalına son qoydu.

Ona görə də şübhə yoxdur ki, bu tarixi hadisə bütün ölkə ərazisində böyük təntənə ilə qeyd ediləcək. Fikrimcə, qələbəmizin ildönümü münasibətilə çox say və müxtəlif səpkili bayram tədbirləri təşkil olunacaq.

Düzdür, pandemiya şəraiti cəmiyyətdə ehtiyatlılıq hissini müəyyən qədər gücləndirib. O baxımdan, ola bilsin ki, kütləvi tədbirlərin keçirilməsində bəzi nüanslar nəzərə alınsın.

Ancaq bayram tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün sosial məsafənin gözlənilməsi şərtilə başqa formalardan da effektli şəkildə istifadə oluna bilər və olunacaq. Pandemiya məhdudiyyətləri qələbəmizin ildönümünə dair tədbirlərə ciddi təsir etməməlidir”.

A.Zeynalov

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv