!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pandemiya vərəmlə mübarizəni çətinləşdirdi - FOTOLAR

!Reklam – Yazi

Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə deputat Soltan Məmmədov öz “Facebook” səhifəsində məlumat verib.

Deputat konfransda bir sıra qurumların səlahiyyətli şəxslərinin iştirak etdiyini diqqətə çatdırıb:

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası, Vərəm əleyhinə QHT Koalisiyası, “Sağlamlığa Xidmət” İctimai Birliyi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun birgə təşkil etdiyi Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib.

Hər il dünyada 10 milyondan artıq insan vərəmlə xəstələnir və 1.6 milyon insan vərəmdən dünyasını dəyişir. Hər iki dəqiqədə bir uşaq dünyada vərəm səbəbilə həyatını itirir. Tədbirin məqsədi ölkəmizdə və dünyada hazırda vərəmlə bağlı cari vəziyyəti müzakirə etmək və bu problemə diqqət çəkmək idi.

Konfransda iştirak edən Səhiyyə Nazirinin müavini Rahim Əliyev, TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Heydər Əliyev Fondunun nümayəndəsi və millət vəkili Soltan Məmmədov, millət vəkilləri Sədaqət Vəliyeva, Müşfiq Məmmədli, İlham Məmmədov, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi rəisi tibb xidməti generalı Rəfail Mehdiyev, Respublikanın Baş Ftiziatoru Prof.Dr.Yavər Şıxəliyev açılış nitqi ilə çıxış etdilər”.

S.Məmmədov konfransda ÜST nümayəndələrinin də oluğunu bildirib:

“Konfransa həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun Proqram rəhbəri Asker Yedilbayev və Stop TB Tərəfdaşlığının icraçı direktoru Dr.Lucica Ditiu onlayn şəkildə qatılıb çıxış edib.

Daha sonra ölkəmizdə və dünyada vərəmlə bağlı cari vəziyyət, penitensiar müəssisələrdə həyata keçirilən vərəmə nəzarət tədbirləri və eləcə də, vərəmlə mübarizədə vətəndaş cəmiyyəti təşkilatlarının vacib rolu haqqında aidiyyatı qurumlar təqdimat həyata keçirdi. Pandemiya dövründə vərəmlə mübarizənin bir qədər çətinləşdiyi qeyd olundu.

Konfrans zamanı BMT-in Baş Assambleyasının vərəmlə bağlı 2018-ci ildə qəbul olunmuş siyasi bəyannaməsində müəyyən olunmuş hədəflərə çatmaq üçün vərəmlə mübarizənin sürətləndirilməsi üçün hansı addımların atıla biləcəyi və vətəndaş cəmiyyəti təşkilatlarının bu prosesə aktiv cəlb olunması barədə məsələlər müzakirə edildi”.

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv