Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pandemiya zamanı biznesinizi xilas edin!

Korporativ Sosial Məsuliyyəti ilə daim seçilən və fəaliyyəti ilə ölkədə kiçik, orta və böyük biznesin inkişafına töhfə verən “Ziraat Bank Azərbaycan” ASC öz missiyasına sadiq qalaraq Sahibkarlığın İnkişafı Fondu ilə birgə bizneslərə dövlət dəstək proqramının icrasına başlayıb.

Yeni müraciətlər üzrə sahibkarlar iki növ kredit üçün müraciət edə bilərlər: sürətli və ənənəvi növ. Borcalanın kredit ödəmə imkanlarını qiymətləndirmək üçün yenilənmiş proses sayəsində “Ziraat Bank Azərbaycan” ASC 200 min manata qədər sürətli kredit verilməsini cəmi 7 iş günü, ənənəvi kreditlər üzrə isə 10 iş günü təşkil etməkdədir. Bu razılaşmaya əsasən, pandemiyadan zərər çəkmiş sahibkarların, manat valyutasında əldə edəcəkləri kreditlərin faizlərinin yarısı subsidiyalaşdırılacaq, kreditin 60%-dək hissəsinə isə dövlət zəmanəti veriləcək.
Dövlət zəmanətli kreditlərin maksimum həddi 3 milyon manat, kreditin müddəti 3 ilədək, güzəşt müddəti isə 12 ayadək ola bilər. Kredit faizinin subsidiyalaşdırılması ilə müştərinin kredit faiz 7,5% təşkil etməklə, kreditlərə dövlət zəmanəti veriləcəkdir.

Dövlət zəmanəti ilə verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına (https://e-edf.gov.az) daxil olduqdan sonra müvəkkil bank olaraq “Ziraat Bank Azərbaycan” ASC-ni seçərək və müvafiq xanaları dolduraraq sirafişini tamamlayır.
Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

www.yenicag.az

297