Pandemiyadan zərər çəkmiş sahibkarlara 42.5 mln. manat subsidiya ödənilib

Dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində fevralın 1-dək pandemiyadan zərər çəkmiş sahibkarlara 42.5 milyon manat subsidiya ödənilib.

Yenicag.az xəbər verir ki, bu məlumatı Azərbaycan İqtisadiyyat Nazirliyi rəsmi “Twitter” səhifəsində paylaşıb.