İndiyə qədər pandemiyadan zərər çəkmiş sahibkarlara ödənilən vəsaitin həcmi açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, 2020-ci ilin iyun ayından bu ilin 1 dekabrınadək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 39,2 mln. manat vəsait ödənilib.