!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pandemiyanın boş qoyduğu kirayə mənzillər - Qiymət qalxacaq? – Ekspertdən AÇIQLAMA

!Reklam – Yazi

“Sentyabrın sonu və oktyabrın ortalarında kirayə mənzil bazarında qiymətlərin artım dinamikası müşahidə olunacaq”.

Bunu Yenicag.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Bakıda kirayə mənzil bazarında gözlənilən vəziyyəti şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, yeni dərs ilinin başlanması ilə əlaqədar kirayə mənzil bazarında bahalaşma müşahidə olunacaq:

“Adətən hər il tələbə axını ilə əlaqədar Azərbaycanda kirayə mənzil bazarında qiymətlərdə kəskin dəyişmələr baş verir. Bu il də həmin proses gözləniləndir. Lakin hələ tədris ilinin nə vaxt başlanacağı tam bəlli deyil. Çünki adətən bu tendensiya hər il avqust ayının ikinci ongünlüyündən başlayırdı. Amma bu il hələ ki, bazar stabildir. Bu da onunla əlaqədardır ki, müraciət edənlər yoxdur. Faktiki olaraq qəbul imtahanları başa çatmayıb. Tələbələr ali məktəblərə qəbul olub-olmayacaqlarını, harada qalacaqlarını bilmirlər. Buna görə də proses bir qədər ləngiyib. Hesab edirəm ki, qiymət dəyişiklikləri sentyabrın sonu, oktyabrın ortalarına təsadüf edəcək. Lakin? bu, bir ehtimaldır”.

Ekspert onu da bildirib ki, pandemiya ilə əlaqədar tədris bərpa olunmayacağı təqdirdə kirayə evlərin artım dinamikası müşahidə olunmaya bilər:

“Amma ola bilsin ki, pandemiya ilə əlaqədar ilin sonuna qədər tədris bərpa olunmasın və biz kirayə mənzil bazarında dinamikanı müşahidə etməyək”.

R.Osmanlının sözlərinə görə, bahalaşma ucuz qiymətə təklf olunan istər həyət, istərsə də bina evlərində müşahidə olunacaq:

“Tələbələrin daha çox müraciət etdikləri ucuz mənzillərdir. Qiymət artımı bütün ucuz evlərdə müşahidə olunacaq”.

Cəvahir

www.yenicag.az

2749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv