Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pandemiyanın öhdəsindən belə gələ bilərik – İlham Əliyev

Koronavirus pandemiyası dünyadakı vəziyyəti kökündən dəyişib, nəticədə yeni reallıqlar meydana gəlib. İlkin olaraq virusun inkişafda olan ölkələrə təsir edəcəyi gözlənilirdi. Lakin pandemiya inkişaf etmiş ölkələrə də ciddi təsir edib. Bu, virusun sərhəd tanımadığını bir daha sübut edir. Biz pandemiyanın öhdəsindən yalnız qarşılıqlı dəstək və birgə səylərlə gələ bilərik.

Yenicag.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan virusun yayılmasının qarşısını almaq üçün zamanında zəruri addımlar atmışdır. Azərbaycan tərəfindən Minilliyin İnkişaf Məqsədlərinə nail olunması və Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində əldə edilmiş tərəqqi ona pandemiya ilə səmərəli mübarizə aparmağa imkan verib. Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib və yenidən qurulub, son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilmiş və ya əsaslı təmir edilib. Görülmüş tədbirlər nəticəsində ölkədə COVİD-19 ilə bağlı vəziyyət nəzarət altındadır.

www.yenicag.az

315